“Çin böyük problemdir”

“Çin Xalq Respublikası ABŞ üçün Rusiyadan daha çox xarici siyasət və digər problemləri yaradır”.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib:
“Düşünürəm ki, bizim Çin üzündən daha çox problemlərimiz yaranır, nəinki Rusiya. Çin daha böyük problemdir”.
Tramp buna misal olaraq “Çindən ABŞ-a gələn koronavirus” problemini göstərib. Onun sözlərinə görə, bu virusdan sonra indiyədək görülməyən nəticələr göstərən Amerika iqtisadiyyatı ciddi ziyana uğradı. Tramp ABŞ-da sərt karantin tədbirlərinin tədricən yumşaldılmağa başladığını və yenidən ölkə iqtisadiyyatının yaxşı nəticələrə dönəcəyini vurğulayıb.
Mənbə: Qafqazinfo