Şb. Avq 9th, 2025

16 yaşlı yeniyetmə intihar etdi

Qubada yeniyetmə oğlan intihar edib.

Rayonun Rustov kənd sakini – 2004-cü il təvəllüdlü Ülvi Rüfət oğlu Mustafayev Püstəqasım kəndində Sultan Yəhyayevin həyət evində özünü asıb.

Məlumata görə, intihar edən yeniyetmə Hacağalar kənd sakinidir. O, Püstəqasım kənd sakinləri ilə birlikdə müəyyən müddətdir ki, alma yığımına gedirmiş. 

Bu gün işə getməyərək, Sultan Yəhyayevin evində qalıb. Daha sonra onu həmin həyətdəki tut ağacından asılmış vəziyyətdə görüblər.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com