Ermənistan Azərbaycanla bağlı dezinformasiyaları yaymaqda davam edir

Ermənistanın və Rusiyanın mediasında bu dezinformasiya yayılıb, sosial şəbəkələrdə ermənilərlə onlara “rəğbət”də olanlar paylaşırlar.
Onlar vurğulayırlar ki, guya “Suriyadan Azərbaycana “göndərilənlər Həmzə diviziyasının mənsublarıdır”.
Ermənistanın Azərbaycana qarşı apardığı hibrid savaşın tərkib hissəsi olan yalana son nöqtəni qoyaq.
Suriya Milli Ordusunun tərkibindəki Həmzə Diviziyasının Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Seyf Əbu Bəkir şəxsən bəyan etdi ki, iddialar ağ yalandır. “Həmzə”dən kimsə Azərbaycana getməyib, göndərilməyib və belə xəbərlər “sarsaq uydurma”lardır.