Ç. İyn 25th, 2025

Hərbi dəstəyə silahlı basqın edən şəxs həbs edildi

Hərbi hissəyə silahlı basqın etməkdə təqsirləndirilən dəstə üzvü ömürlük azadlıqdan məhrum edildi.

Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtərdə hərbi hissəyə basqın edib əsgəri öldürməkdə təqsirləndirilən Saleh Adilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Daxil olan məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Adilov ömürlük azadlıqdan məhrum edilib.

2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqın edilib, 1 əsgər öldürülüb, 1 əsgər ağır yaralanıb və hadisə yerindən müxtəlif silah-sursat oğurlanıb.

Qeyd edək ki, DTX-nın yaydığı rəsmi məlumata görə Saleh Adilov Türkiyənin Van şəhərində saxlanılaraq Azərbaycana gətirilib.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com