Toylara nəzarət necə ediləcək?

“Bütün şadlıq sarayları ilə əvvəlcədən metodiki təlimatlar üzrə və Nazirlər Kabinetinin müvafiq qərarları üzrə maarifləndirmə tədbirləri həyata keçirəcəyik. Çünki bilirsiz ki, toylara icazə verilsə bu, ən yüksək riski olan sahələrdən biri olaraq. Çünki eyni anda çoxlu sayda adam eyni məkana yığışacaq. Bu mənada yəqin ki, bununla bağlı tənzimləyici normalar müəyyənləşdiriləcək ki, pandemiya dövründə şadlıq saraylarının fəaliyyət necə təşkil olunmalıdır. Müvafiq nəzarət tədbirləri də həyata keçiriləcək” – deyə AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib.
Mənbə: APA