Ç. İyn 25th, 2025

Azyaşlını döydü, buna müdaxilə edən iki qardaşı da beşbarmaqla döydü

34 yaşlı Nizami Abdullayev qardaşı – 30 yaşlı Nəsimi Abdullayevlə birgə idarə etdiyi avtomobildə hərəkətdə olan zaman yol kənarında təxminən 9-10 yaşlı uşağın naməlum kişi tərəfindən döyüldüyünü görüblər.

Hər iki qardaş avtomobildən düşərək həmin şəxsin bu əməlinin qarşısını almaq istəyiblər. Bu zaman naməlum şəxs beşbarmaqla hər iki şəxsi döyüb. Daha sonra bıçaqla Nizami Abdullayevə xəsarətlər yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Mənbə: XeberTv.info

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com