Dövlət İmtahan Mərkəzindən güzəşt-EKSKLÜZİV

Buraxılış imtahanının birinci mərhələsindən narazı qalan şagirdlər üçün sentyabrda imtahan keçiriləcək.
9-cu siniflər üçün buraxılış imtahanının birinci mərhələsində iştirak edib qiymətindən narazı qalanlar üçün sentyabr ayında imtahan keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən açıqlama verilib.
Qeyd edilib ki, yeni şkalaya uyğun şagirdlərin qiymətləri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək. Qiymətindən narazı qalan şagirdlər üçün sentyabrda imtahanın keçirilməsi nəzərdə tutulub.
Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.
Mənbə : apa.az