Lənkəran gənclərindən nümunəvi addım

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı “Bir-birimizi qoruyaq” kampaniyasına Lənkəran Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri də qoşulub.
⠀⠀
Bu kampaniya çərçivəsində gənclər Lənkəran şəhərində vətəndaşlar arasında maarifləndirmə işləri aparıb və əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və maska paylayıblar.
Kampaniya karantin rejiminin yumşaldılması ilə əlaqədər vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılması, cəmiyyətimizin sağlamlığının qorunması məqsədi daşıyır.