Lənkəran Gəncləri #GəncəÜçünSusma dinc aksiyası keçiriblər

Medimax.az saytı xəbər verir ki, 20.10.2020 tarixində Gənc Könüllülər Ermənistan Silahlı Qüvvələri tərəfindən dinc əhalini hədəf alaraq atılmış ağır artilleriya atəşlərini şəhər sakinlərinin diqqətinə çatdırıblar.
Həmçinin gənclərin məqsədi Gəncədə baş vermiş terroru dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020 və 17.10.2020 tarixində Gəncə şəhərini raketlə hədəfə tutması nəticəsində 4-ü azyaşlı olmaqla 25 vətəndaş həlak olmuş, 86 nəfər isə yaralanmışdır.






