Ç. İyn 25th, 2025

Qazimiz doğulduğu Lənkəran şəhərinə dönüb

Lənkəran rayon Ürgə kəndindən olan Abbaszadə Orucəli Saleh oğlu II Qarabağ müharibəsinin ilk günlərdən döyüşlərdə iştirak edib. Orucəli Füzuli, Xocavənd, Qubadlı, Cəbrayıl, Daşaltının azad olmasında fəal iştirak edib. Son olaraq 9 noyabr Şuşa şəhəri uğrunda baş tutan döyüşlərdə yaralanıb. Orucəli Abbaszadə doğulduğu Lənkərana geri döndükdən sonra ilk olaraq Ürgə kəndindən şəhidlik zirvəsinə yüksələn şəhidlərimizinin məzarını ziyarət edib. Mediamax komadası olaraq qazimiz Orucəli Abbaszadəyə Allahdan şəfa diləyib, ailəsinə göz aydınlığı veririk.

Qeyd 1: Yaxın günlərdə həm Orucəli Abbaszadə, həm də digər döyüş iştirakçıları haqqında ətraflı süjetlər sizə təqdim ediləcək.

Qeyd 2: Vətən müharibəsinin iştirakçıları haqqında bizə məlumat göndərə bilərsiniz.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com