Ç. İyn 25th, 2025

Yoluxanların sayı 198 mini ötdü

Rusiyada son bir gündə 26 min 509 yeni yoluxma faktı qeydə alınıb.

Mediamax.az saytı Qafqazinfo-a istinadən xəbər verir ki, son 24 saat ərzində 596 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 48 min 564 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 2 milyon 176 min 100 nəfər sağalıb.

Ölkə üzrə ümumilikdə 2 milyon 734 min 454 nəfər insan koronavirusa yoluxub.

Gürcüstanda son 24 saat ərzində daha 3 487 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 198 min 387-yə çatıb.

Ölkədə sutka ərzində daha 39 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1 922-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 167 min 281 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 1098 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 150 min 218 nəfərə çatıb. Daha 27 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 556-a çatıb. Ümumilikdə sağalanların sayı isə 128 min 694 nəfərdir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com