Əməkdar artist Adil Zeynalovun anım günüdür…

Adil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuş və 1983-cü ildə bitirmişdir.
1977-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlamış, 1983-cü ildən aktyor kimi fəaliyyət göstərərək burada bir sıra rolları ifa etmiş, 2002-ci ilin aprel ayından isə ömrünün sonunacan həmin teatrda quruluşçu rejissor vəzifəsində çalışmış və rejissor kimi tamaşalara quruluş vermişdir.
2012-ci ildə, Adil Zeynalov Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. O, 12 mart 2020-ci ildə, Bakıda Topçubaşov adına xəstəxanada mədəaltı vəzin iltihabından dünyasını dəyişib.