Ç. İyn 25th, 2025

Fermerlər üçün aqroturizm yönümlü təcrübə turu təşkil olunub

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi tərəfindən Azərbaycanın şimal və cənub bölgələrində icra edilən “İcma əsaslı aqrtoruzimin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” layihəsi çərçivəsində hədəf olaraq seçilmiş rayonlardan olan sahibkarlar üçün təcrübə turu keçirilib.

Təcrübə turu “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi ilə əməkdaşlıq çərçivəsində baş tutub. Tur layihəyə qoşulmuş İsmayıllı rayonunda yerləşən “Lakeside Garden” və Şəki rayonunda yerləşən “BioGarden” təsərrüfatlarında təşkil olunub.

Turun təşkilində əsas məqsəd layihə çərçivəsində hədəf seçilmiş Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Salyan, Cəlilabad və Lənkəran rayonlarından olan aqrar sahibkarları hazırda fəaliyyət göstərən aqroturizm təsərrüfatları ilə tanış etmək və onlara aqroturizm sahibkarlığını əyani təqdim etməkdir.

Təcrübə turunda iştirak edən sahibkarlar yaradılmış aqoturizm təsərrüfatlarının fəaliyyəti, işin təşkili, qonaqların qarşılanması, onların qidalanmasının təşkili, bağ və bostan bitkilərinin qulluğu, qonaqlara aqroturizm məhsullarının təqdim edilməsi və s. kimi fəaliyyətlərlə yerində tanış olublar.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com