“Polad Kuboku” uğrunda mübarizə başa çatdı

Görüş bir dəqiqəlik sükutla başlayıb. Gərgin mübarizənin sonunda “Master 114” 2:1 hesabı ilə “Şağlaser” futbol klubuna qalib gəlib. Beləliklə, “Master 114”, “Şağlaser” və “Mamustavoj” komandaları “Polad Kuboku”nda müvafiq olaraq I, II və III yerləri bölüşüblər.
Sonda qalib komandalar kubok, medal və hədiyyələrlə təltif olunublar. “Ən yaxşı oyunçu”, “Ən yaxşı qapıçı”, “Ən yaxşı hakim”, “Ən yaxşı şərhçi” və “Turnirin bombardiri” nominasiyalarının qalibləri də mükafatlandırılıblar.
Qeyd edək ki, turnirin təşkilat komitəsinin və iştirakçı komandaların üzvlərinin bir neçəsi müharibə zamanı cəbhəyə könüllü olaraq yollandığı üçün “Polad Kuboku”nda bir müddət fasilə yaranmışdı.
16 komandanın yarışdığı mini futbol çempionatı pandemiya şəraitinin qaydalarına uyğun olaraq keçirilib və iştirakçı komandaların da qaydalar çərçivəsində hərəkət etmələrinə xüsusi diqqət yetirilib.
“Maximum Education & Consulting” təhsil şirkətinin təşkilatçılığı ilə keçirilən “Polad Kuboku”nda GİKM-in Lənkəran nümayəndəliyi tərəfdaş kimi, “Orand İnşaat” və “Teledünya” sponsor kimi, “Mediamax.az” isə media dəstəyi kimi çıxış edib.

