Lənkəranda “Rəqəmsal GəncliyimİZ” adlı təlim keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə reallaşan təlim ARB Cənub TV-nin informasiya texnologiyaları üzrə mütəxəssisi Raiq Əliyev tərəfindən keçirilib.
Müasir dövrümüzdə rəqəmsallaşmanın ən aktual məsələlərdən biri olduğu gənclərin diqqətinə çatdırılıb. Təlim çərçivəsində gənclər onlayn ticarətdə müraciət qaydaları, müştəri hüquqları, təhlükəsiz saytlar və digər mövzularda təcrübələr qazanıblar. Həmçinin “internetdə təhlükəsiz alış-veriş etmək üçün nələri bilmək lazımdır?”, “onlayn alış-verişin avantaj və dezavantajları nələrdir?”, “ödəniş kartlarından istifadə zamanı diqqət edilməli məqamlar hansılardır?” kimi bir sıra maraqlı suallara gənclər ətraflı cavab tapıblar.