Ç. İyn 25th, 2025

Lənkəranda Anım Gününə həsr olunmuş sərbəst güləş üzrə turnir keçirilib.

MEDIAMAX xəbər verir ki, 27 sentyabr – Anım Gününə həsr olunmuş sərbəst güləş idman növü üzrə uşaq və yeniyetmələr arasında Lənkəran rayon açıq turniri keçirilib.

Turnir Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində baş tutub.

Turnirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəsmi açılışda çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə iştirakçıları salamlayaraq ölkəmizdə və rayonumuzda idmanın inkişafından, idman sahəsinə dövlətimiz tərəfindən daim qayğı göstərilməsindən danışıb, idmançılara yarışlarda yüksək nəticələr, sağlam və uğurlu gələcək arzulayıb.


Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Zaur Mehrəliyev, Lənkəran Dövlət Universitetinin prorektoru, şəhid atası Kamran Kazımov və şəhid anaları çıxış ediblər. Çıxışlardan sonra şəhid övladları vətənpərvərlik mövzusunda şeirlər deyiblər.

Rəsmi açılışdan sonra turnir başlayıb. Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən keçirilən yarışda 2008-2010 və 2011-2013-cü təvəllüdlü idmançılar 10 çəki dərəcəsində mübarizə aparıblar.

Yarışda Lənkəran, Astara, Masallı, Şirvan, Salyan, Şəmkir rayonlarının və Bakı şəhərinin Lökbatan və Kürdəxanı komandalarının tərkibində ümumilikdə 250 idmançı iştirak edib.

Yarışda 1-ci, 2-ci və 3-cü yeri tutan idmançılar diplom və medallarla təltif edilib.

#mediamax #LŞGİİ #güləş #sərbəstgüləş

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com