Ç. İyn 25th, 2025

Masallıda yeniyetmələrin su, sanitariya və gigiyena üzrə maarifləndirilməsi layihəsinə start verilib.

MEDIAMAX xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəşdirdiyi, Təhsilə və Uşaqlara Yardım İctimai Birliyi tərəfindən icra edilən “Yeniyetmələrin Su, Sanitariya və Gigiyena üzrə maarifləndirilməsi və rolunun artırılması” layihəsinin ilk tədbiri Masallı rayonunun Çaxırlı kəndində olub.

Tədbiri giriş sözü ilə Çaxırlı kənd tam orta məktəbin direktoru Allahverdi Məmmədov açaraq gələn qonaqları salamlayıb və layihənin işinə uğurlar arzulayıb.

Daha sonra çıxış edən Təhsilə və Uşaqlara Yardım İctimai Birliyinin sədri Ələsgər Hüseynov layihənin donoru, layihənin məqsədi və əldə etmək istədiyi nəticələr haqqında iştirakçılara məlumatlar verib.

Tədbirdə çıxış edən layihənin eksperti Rəşad Dadaşov su, sanitariya və gigiyena mövzusunun sağlamlıq üçün aktual mövzu olduğunu və insanların həmişə bu istiqamətdə həssas olmalarını, ona diqqət etmələrini və icma üçün səmərəli təşkil olunmasını bildirib.

Layihənin təlimçisi Rafət Şirəliyev su, sanitariya və gigiyena istiqamətində təlim proqramı ilə çıxış edib. O, çıxışında bu sahədə yeniyetmələrin rolu, onların təşkil edə biləcəyi klublar haqqında məlumat verib. Daha sonra iştirakçılar qruplara bölünərək mövcud problemlər və onların həlli üzrə qrup işləri həyata keçirib, təqdim ediblər. Sonda iştirak edənlərə sertifikatlar verilib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com