Ç. İyn 25th, 2025

Masallıda gender-əsaslı bərabərlik mövzusunda maarifləndirmə layihəsinə başlanılıb.

MEDIAMAX xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Din və Qadın Hüquqları İctimai Birliyinin icra etdiyi “Gender-əsaslı bərabər hüquqlar üzrə maarifləndirmə tədbirlərinin təşkili” layihəsinə start verilib.

Layihənin ilk tədbiri Masallı rayonunun Hişkədərə kəndində keçirilib. Tədbiri giriş sözü ilə Hişkədərə kənd İƏD üzrə nümayəndəsi Qumra Cəfərova açaraq gələn qonaqları salamlayıb və layihənin faəliyyətinə uğurlar arzulayıb. Daha sonra Din və Qadın Hüquqları İctimai Birliyinin sədri Tünzalə Qardaşova layihənin donoru və məqsədləri haqqında iştirakçılara məlumat verib. Bildirib ki, layihə çərçivəsində Masallı və Cəlilabad rayonlarının 3 yerində bu tip görüşlər keçiriləcək.

Layihənin eksperti Afiq Məlikov çıxış edərək gender stereotipləri, gender bərabərliyi, gender təhsili, Azərbaycan Respublikasının qadın və kişilərin hüquqları ilə bağlı qanunvericiliyini iştirakçıların diqqətinə çatdırıb.

Seminarda iştirakçılarla fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, sonda isə sertifikatlar təqdim edilib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com