Lənkəranda “Gənc sahibkarlara dəstək və gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi” mövzusunda görüş keçirilib.

MEDIAMAX xəbər verir ki, KOBİA-nın Lənkəran regional koordinatorluğunun, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin, GİKM-in Lənkəran nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə sahibkarlıqla məşğul olan və sahibkar olmağa maraq göstərən #gənclərimİZ iştirak ediblər.
Görüşdə çıxış edənlər sahibkarlıqla bağlı fikirlərini gənclərlə bölüşüblər, biznes fəaliyyətinə başlamaq və biznesini inkişaf etdirmək istəyən gənclər üçün vacib məqamları diqqətə çatdırıblar.
Lənkəran şəhər Gİİ-nin rəisi Teymur Babayev, KOBİA-nın Lənkəran regional koordinatorluğunun koordinatoru Rahib Cəbiyev, GİKM-in Lənkəran nümayəndəliyinin direktoru Famil Məmmədov, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının şöbə müdiri Nahid Nağdıyev, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Lənkəran regional bölməsinin müdiri Rəhim Babayev, Masallı regional “ABAD” mərkəzinin direktoru Ümid Quliyev təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri, o cümlədən gənclərin həmin qurumların dəstək və xidmətlərindən necə yararlanacaqları barədə ətraflı məlumat veriblər.
Görüşdə gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb və onlara mütəxəssislər tərəfindən tövsiyələr verilib.





