Ç. İyn 25th, 2025

Gənc Mühasiblər İctimai Birliyi “Regionlarda qadınların maliyyə savadlılığının artırılmasına dəstək” layihəsini bu dəfə Lənkəranda icra edib.

MEDIAMAX xəbər verir ki, təlim Lənkəran Heydər Əliyev Mərkəzində keçirilib. Tədbir GMİB-in sədri Solmaz Əliyevanın çıxışı ilə açıq elan edilib. Təlimçilər qismində Rəvan Cəfərli və Selcan Əlibəyova, ekspert qismində Qərənfil Rəhmanova iştirak edib.

Lənkəran şəhərində sahibkarlığa başlamaq istəyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlar, xüsusilə də gənclər olmaqla 15 nəfər təlimə qoşulub. Təlim müddətində təlimçilər tərəfindən “Ağıllı büdcə”, “Ailə büdcəsinin idarə olunması”, “Gəlir və xərclərin planlaşdırılması, idarə olunması”, “Maliyyə məqsədlərinin formalaşdırılması”, “Yığımlar, qənaət yolları və gözlənilməz hallar üçün fövqəladə fondun yaradılması”, “Qadınların biznesdə rolu” və “Maliyyə resurslarına çıxış” mövzularında geniş məlumatlandırılıblar. Təlimdə iştirakçılar, xüsusilə də gənclər fəal iştirak edib.

Çay fasiləsindən sonra ikinci sessiyada nəzəri keçirilən təlimin praktiki hissəsi təşkil edilib, iştirakçılarla interaktiv oyunlar oynanılıb, qaliblər kitabla mükafatlandırılıb.

Sonda hər bir iştirakçıya Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin direktoru Famil Məmmədovun da iştirakçılığı ilə sertifikat təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə 1 sentyabr 2022-ci il tarixindən 1 noyabr 2022-ci il tarixinə qədər müddəti əhatə edir.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com