Bu universitet tələbələri imtahan sessiyasından azad edən yeganə təhsil ocağıdır

Azərbaycan Dövlət Aqrar Universitetindən imtahan sessiyası ilə bağlı İNQİLABİ QƏRARLAR:
Bakalavr:
✓ I kurs tələbələrinin imtahan qiymətləndirilməsi ötən semestrin nəticələri əsasında aparılacaq yəni, BİRİNCİ KURSLAR İMTAHAN VERMƏYƏCƏK!!
✓ II və III kurs tələbələrinin qiymətləndirilməsi son iki semestrin nəticələri əsasında aparılacaq. ONLAR DA İMTAHAN VERMƏYƏCƏK!
✓ Orta balı kəsr çıxan tələbələrə isə avqust ayına qədər qiymətlərini düzəltmək üçün möhlət veriləcək.
Praktika:
✓ Bütün tələbələrə praktikadan məqbul qiymət verilir və aralarında fərq qoyulmur.
✓ IV kurs tələbələrinin 7 semestr ərzində topladıqları ballar (imtahana qədər və imtahan balları) toplanır və tələbələrə orta müvəffəqiyyət qiyməti çıxarılmaqla yekun atestasiya balı müəyyən olunur. ONLAR DA İMTAHAN VERMƏYƏCƏK!
Qiyməti ilə qane olmayan istənilən tələbə universitetə müraciət edir, ona imtahan komissiyası yaradılır, tələbə imtahan verərək qiymətini düzəldir.
Magistratura:
✓ 130 nəfər son kurs magistrın dissertasiya müdafiələri üçün də imtahan komissiya təşkil olunacaq. Təkcə bu tələbələr imtahan verəcək.
✓ 170 nəfər I kurs magistrlar da imtahan vermədən orta bal ile qiymət alacaqlar (ötən semestr nəticələrinə əsasən) ONLAR DA İMTAHAN VERMƏYƏCƏK!
Mənbə: Azərbaycan Universitetləri