Lənkəran gəncləri layihə meneceri olmağı öyrəndilər

Mediamax xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin koordinatoru Famil Məmmədov tərəfindən Lənkəran gəncləri üçün “Layihə meneceri ol” təlimi keçirilib.
Təlim Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutub. İki mərhələdən ibarət təlimin ilk mərhələsində gənclərə layihə yazılması və idarə olunması, layihə icrası çərçivəsində üzv təşkilatlar arasında qarşılıqlı əlaqələrin qurulması, layihə icrası üçün ayrılmış vaxta və büdcəyə nəzarət və digər mövzularda məlumat verilib. İkinci mərhələdə isə gənclər kiçik qruplara bölünərək layihə yazmağı sınayıblar. Sonda gənclərin sualları ətraflı cavablandırıb.
Qeyd edək ki, təlimdə GİKM üzvləri ilə yanaşı Azərbaycan Skautlar Assosiasiyasının “Xan Skaut” dəstəsinin üzvləri də iştirak edib.


