Masallı və Astara gəncləri üçün təşkil olunan “Danışır: Karyera məsləhətçisi” layihəsi uğurla yekunlaşıb.
Masallı və Astara gəncləri üçün təşkil olunan “Danışır: Karyera məsləhətçisi” layihəsi uğurla yekunlaşıb.
Azərbaycan Respublikasının Gənclər Fondunun İdeyanı reallaşdır-2023 fərdi qrand müsabiqəsinin qalibi olan “Danışır karyera məsləhətçisi” layihəsi çərçivəsində Masallı və Astara gəncləri üçün təlimlər təşkil olunub.
Təlimləri giriş sözü ilə açan Layihə rəhbəri Aynur Tağıyeva iştirakçılara Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlardan geniş söhbət açıb.
Təlimçi, karyera məsləhətçisi Orxan Əliyevin təqdimatında keçirilən təlim zamanı gənclərə “Özünü kəşf et”, “Karyera planlaması”, “Məqsədini müəyyənləşdir”, “Əmək bazarını araşdır”, “İş axtarışı” kimi mövzulardan danışılıb və karyera məsləhəti xidməti təşkil olunub.
Qeyd edək ki, layihə hər iki rayonda 2 gün olmaqla təşkil olunub və 50 dən çox gəncin faydalanmasını təmin edib. Layihənin məqsədi gənclərin karyera qurucluğuna dəstək olmaq, onlarda iş axtarışı bacarıqlarını formalaşdırmaq və əmək bazarının tələbləri haqqında məlumatlandırmaqdır.