“Araşdır, Öyrən, Öyrət – 5” layihəsinə start verilir! ?
Mediamax.az-a daxil olan məlumata görə GİKM-in Lənkəran-Astara regional nümayəndəliyi və Prolan.az birgə Lənkəranda “Araşdır, Öyrən, Öyrət – 5” layihəsinə start verilir! ?
Qeydiyyat üçün aşağıdakı məlumatla tanış olun?Əziz gənc, sən də araşdırma bacarığını inkişaf etdirmək, bu sahədə təcrübə qazanmaq, sosial həyatında öz yerini tutmaq istəyirsənsə, bu elan sənin üçündür!✅️
Proqram 10 görüş olmaqla 2 ay müddətində davam edəcək;✅️ 16-25 yaşarası şəxslər qoşula bilər.
?Öyrənəcəyimiz bilik və bacarıqlar:- Özünüifadə;- Təqdimat;- Komandada işləmə;- Jest və mimika vasitələrindən düzgün istifadə;- İş və müsahibələrə hazırlıq;- Öyrənməyi öyrətmə;- Analiz edib qərarvermə və s.Əsas məqsəd gənclərin asudə vaxtlarını daha səmərəli keçirmək, onları araşdırmaya və öyrənməyə sövq etmək, gənclərdə özünüifadənin düzgün yollarını inkişaf etdirmək, maarifləndirmək və onların müxtəlif sahələrdə şəhərin rifahında aktiv şəkildə iştirak etməsinə dəstək olmaqdır.
?Qeydiyyat linki: https://forms.gle/XYNgQafk2VfFxjAd9
?Son müraciət tarixi: 20.10.2024
Sən də bizə qoşul, #araşdır, #öyrən, #öyrət! ?
#AzGF #GİKM #Prolan #LənkəranAstaraGİKM #gənclərüçün