Yaponiyadan gözlənilməz addım

Yaponiyada korona virusla bağlı ölkədə elan edilmiş fövqəladə vəziyyət ləğv olundu.
16 min nəfərdən çox insanın virusa yoluxduğu qeydə alınan Yaponiyada iqtisadiyyatı qaldırmaq üçün turizmə xüsusi kapital ayırıldı.
Beləki, Yaponiya Turizm Agentliyi 18 milyard dollarlıq büdcə ayıraraq xüsusi plan hazırlayıb. Ölkəyə gəlmiş hər xarici turistin xərclərinin yarısı bu büdcə ilə qarşılanacaq.
Planın təfərrüatları açıqlamasa da, İyul ayından etibarən başlanılması gözlənilir.
Yaponiyanın baş naziri Şinzo Abe virusun hələ bitmədiyini, lakin Yaponiyanın bunun öhdəsindən gələ biləcəyini bildirdi.
Yaponiyada virusla bağlı 16433 yoluxma, 784 ölüm hadisəsi baş vermişdir.