Zirvə görüşü təxirə salındı

Donald Trump Floridadan qayıtdığı zaman jurnalistlərə verdiyi müsahibədə G7 zirvə görüşünün təxirə salındığını açıqlayıb. Görüşün Vaşinqtonda keçirilməsi planlaşdırılırdı.
Trump eyni zamanda ölkələr arasında Rusiya, Hindistan, Avstraliya, Cənubi Koreyanın da olmasını istədiyini bildirib və görüşün üz-üzə keçirilməsinin vacib olduğunu deyib.
Zirvə görüşünün keçirilməsi sentyabra qədər gündəmdə olmayacaq.
Trump açıqlamasında – “G7-nin dünyada baş verən münasibətləri düzgün təmsil etdiyini düşünmürəm. Bu ölkələr öz vaxtlarını doldurublar.” – deyə əlavə edib.
G7 ölkələrinə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ daxildir.
Şahanə Əhmədzadə