“Honda” Çin bazarında satdığı avtomobilləri nasazlıqlar səbəbindən geri alır

Yaponiyanın tanınmış avtomobil istehsalçısı olan “Honda” Çin bazarında satdığı 774 min avtomobili yanacaq çənindəki nasazlıqlara görə geri çağırır.
Geri çağırılan avtomobillər 2018-ci ilin iyul-dekabr ayında istehsal edilən “Acura”, “Greiz”, “Gienia”, “Civic” və “Spirior” modelləridir.
Nasaz detalların “Honda”nın Çindəki müştərək müəssisələri olan “GAC Honda” və “Dongfeng Honda” tərəfindən yoxlanılıb, ehtiyac olacağı təqdirdə dəyişdiriləcəyi bildirilib.