Ç. İyn 25th, 2025

Lənkəran Dövlət Universiteti imtahanları 35% azaltdı

LDU-da tələbələrin yaz semestrinin imtahan sessiyasında nəzərdə tutulan imtahanların 35%-dən azad edilməsi qərarı qəbul edilib. Xüsusilə Mülki Müdafiə, Tibbi biliklər, Psixologiya, İşgüzar yazışmalar fənləri üzrə imtahanlar ləğv olunub, həmin fənlərin kollokvium qiymətləri 2-ə vurulmaqla ümumi nəticə çıxarılacaq.

Hər bir fənn üzrə tərtib olunmuş imtahan suallarının sayı fənnin məzmunu və əhatəliyi gözlənilməklə azaldılıb və sadələşdirilib.

Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş , o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə(ÜOMG-nə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqlar.Bu qiymətləndirmə ilə razı olmayan tələbələr üçün isə ixtisas üzrə dövlət imtahanının iyun ayının 30-dan iyul ayının 5-dək onlayn qaydada təşkili nəzərdə tutulub.

Magistratura səviyyəsində magistrlik dissertasiyasının məzmununa və yazılmasına qoyulan ümumi tələblər yerinə yetirilməklə magistrlik dissertasiyasının magistrant tərəfindən poçt vasitəsilə müvafiq fakultə dekanlığına təqdim edilməlidir və ixtisaslaşdırılmış şuraların iclasları onlayn qaydada təşkil olunmaqla magistrlik dissertasiyasının müdafiəsi 16-25 iyun 2020-ci il tarixləri arasında (cədvəl üzrə) keçiriləcəkdir.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com