Mərkəzi Bank daha iki banka bir ay möhlət verdi – RƏSMİ

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib :
“Azərbaycan Mərkəzi Bankı tərəfindən “Accessbank” və “Rabitəbank”a audit hesabatının təqdim edilməsi üçün möhlət verilib”.
Sədrin sözlərinə görə, iki banka hesabatın təqdimatı üçün möhlət verilib:
“Onlar bir ay möhlət istəyiblər. Bir ay ərzində prosesi başa çatdıracaqlar”.
O qeyd edib ki, elə banklar var ki, onların kapitalı tələbdən aşağıdır:
“Amma bu bankların kapital adekvatlığı qənaətbəxşdir”.