SOCAR Sumqayıtdakı aztəminatlı ailələrə ərzaq yardımı edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, SOCAR-ın dəstəyi ilə “Azərikimya” İstehsalat Birliyinin kimyaçıları Sumqayıtda geniş yardım kampaniyasına qoşulub.
Kampaniyada kimyaçılar şəhərinin veteran kimyaçılarına, 65 yaşdan yuxarı tənha və kimsəsiz insanlara, aztəminatlı ailələrə ərzaq və gündəlik tələbat mallarından ibarət yardım qutuları təqdim olunub.
“Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada SOCAR-ın bütün idarə və müəssisələri yaxından iştirak edir.
Mənbə: Qaynarinfo.az