Daha bir asteroid Yer kürəsinə yaxınlaşır

Bəşəriyyət üçün potensial təhlükə hesab edilən, ölçüsü futbol meydançası böyüklüyündə olan asteroid Yer kürəsinə yaxınlaşır.
2002-ci ildə aşkarlanan səma cisminə 163348 (2002 NN4) nömrəsi verilib. İyunun 6-da sözügedən asteroidin planetimizə
minimal məsafəyə yaxınlaşması gözlənilir.
NASA-dan qeyd edilib ki, asteroid planetimizdən ayın orbitindən 13 dəfə daha uzaq məsafədən keçəcək. Buna baxmayaraq, asteroid potensial təhlükəli hesab olunur. Çünki onun trayektoriyası Yerin orbiti ilə kəsişir. #astronomiya
Mənbə: Oxu.az