Ç. İyn 25th, 2025

Səudiyyə Ərəbistan 18 yaşdan aşağı cinayətkarlara edam cəzasını ləğv edib

Səudiyyə Ərəbistan cinayət törətdiyi tarixdə hələ yetkinlik yaşına çatmamış olanlara edam cəzasını aradan qaldırıb. Kral Salman bin Əbdüləzizin əmri ilə qərar təsdiq edilib və bu cinayətkarlar üçün ən çox 10 il həbs cəzası təyin edilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) – nin insan haqları üzrə qurumu ölkənin bu barədə qərar alması üçün uzun müddətdir ki, çağırış edirdi. Səudiyyə Ərəbistan ötən günlərdə bəzi cinayətlər üçün qırbac cəzasını da aradan qaldırıb.

Qeyd edək ki, bu ölkə 2019-cu ildə edam rekordu qırıb.

Mənbə:Euronews

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com