Ermənistanın Qərargah rəisi istefa verdi

Ermənistanın Qərargah rəisi Artak Davtyan toy biabırçılığına görə istefa verdi
Sputnik Armeniyaya istinadən xəbər verilir ki, onun istefasının güman edilən səbəblərindən biri mətbuatda rezonans doğuran pandemiya, fövqəladə vəziyyət dövründə oğlunun toyu ola bilər. Bildirilib ki, həmin toyda yüzdən çox qonaq iştirak edib.