Ç. İyn 25th, 2025

BP şirkəti işçilərini işdən çıxaracaq

İngiltərənin British Petroleum (BP) şirkəti 10 min işçini işdən xaric edəcəklərini bildirdi.

Şirkət koronavirus pandemiyasına görə işdən çıxarma prosesini təxirə saldığını email vasitəsilə işçilərə bildirmişdi. Amma alınan qərarla il sonuna qədər işçilərin 15%-i xaric ediləcək. BP şirkətinin CEO-su Bernard Looney neftin qiymətinin aşağı olmasına görə bu nəticəyə gəldiklərini açıqlayıb.

Azərbaycanda da nümayəndəliyi fəaliyyət göstərən şirkətin dünya üzərində 70 minə yaxın işçisi var.

Haberglobal

Şahanə Əhmədzadə

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com