Ukrayna Prezidenti qəsdən koronavirusa yoluxmaq istədiyini söyləyib

“Bunu öz üzərimdə yaşamaq istəyirdim. Köməkçilərimə söylədim ki, istəyirəm xəstələnim, təcrid olunum, sağalandan sonra isə hamı bunun elə də qorxulu virus olmadığını görsün. Amma sonda buna etməkdən imtina etdik. Ailəm də məni bağışlamazdı, deyərdilər ki, ağlını itirib”, – deyə Vladimir Zelenski bildirib.
Mənbə: Report Az