Nazir karantini pozduğuna görə şöbə müdirinə töhmət verdi

10 iyunda Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur ölkə ərazisində tətbiq edilən karantin rejimini pozaraq təqribən 60 nəfər rayon ümumi təhsil müəssisələrinin rəhbərləri və şöbə əməkdaşları ilə iclas təşkil edib.
02.06.2020-ci il tarixli, 497 nömrəli əmrə əsaslanaraq Təhsil Naziri tərəfindən Elnur İsmayılova Azərbaycan Respublikası ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla töhmət verilib.