Teymur Mustafayev koronavirusdan vəfat etdiyi məlum oldu

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev koronavirusdan vəfat edib.
TƏBİB-dən bildirilib ki, 04.06.2020-ci il tarixində “Yeni Klinika” tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu daxil olub.
Həkim infeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da Teymur Mustafayev 82 yaşında həyata gözlərini yumub.
TƏBİB