Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub

N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının pediatrı Sədaqət Həsənova vəfat edib.
Məlumata görə, həkim Ramazan bayramından sonra işə gəlməyib.
O, 1 Saylı Klinik Tibbi Mərkəzə yerləşdirilmişdi.
Həmkarlarının bütün müdaxilələrinə baxmayaraq, bir gün süni nəfəs aparatında qalan 65 yaşlı tibb işçisinin həyatını xilas etmək mümkün olmayıb.
Mənbə: Bakupost.Az