Nazir “Son zəng”i çalıb

Pandemiya səbəbindən mart ayından bağlı olan məktəblərdə bu gün “Son zəng” çalınıb.
Tədbir bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunması ilə başlayıb.
İlk dəfə olaraq bu tədbir virtual şəkildə təşkil olunub.
“Son zəng”i bu il təhsil naziri Ceyhun Bayramov çalıb.
Tədbirin Canlı yayımı da başlayıb.
Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 646 şagird bitirəcək.
Mənbə: Bakupost
Fidan İsrafilzadə