Çimərlik qəbiristanlığa döndü

Braziliyanın məşhur çimərliklərindən biri olan Kopakabana etirazçılar tərəfindən qəbiristanlığa çevrilib.
Braziliyanın prezidenti Jair Bolsonaro koronavirusa qarşı tədbirlər almadığından etirazçılar çimərlikdə 100 simvolik qəbir qazıblar.
Qazılmış 100 qəbir Covid-19 virusu səbibindən həyatını itirmiş 40 mindən çox insanı təmsil edir. Qəbirlər üstünə qara rəngli xaç qoyulub.
Braziliyada koronavirusdan ölənlərin sayı son 24 saatda 239 olub. Ümumi yoluxma faktı isə 802 minə çatıb.