Ç. İyn 25th, 2025

Göl çəhrayıya boyandı

Hindistanın Maharaştra əyalətində yerləşən və 50 min il əvvəl Yerə meteorit düşməsi nəticəsində yaranan Lonar gölünün rəngi çəhrayı olub.

Turistlərin daimi ziyarət yerlərindən biri olan bu gölün rəng dəyişdirməsinin səbəbini alimlər suda olan duzluluqla əlaqəli olduğunu bildirib.

Qeyd edək ki, dünya üzərində duzluluğun dəyişməsi ilə əlaqədar rəng dəyişdirən bir çox göl vardır. Avstraliyadakı çəhrayı və İrandakı qırmızı göllər buna nümunədir.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com