Bakıda yaşayış binasında uçma təhlükəsi

Binanın üzərində 1929-cu ildə tikildiyinə dair yazı var. Amma sakinlər binanın ondan da əvvəl tikildiyini iddia edir.
Sakinlər deyir ki, qəzalı binaların söküntüsünə rəy verilərkən, düzgün seçim edilmir. Yəni daha çox qəzalı vəziyətdə olan bina qalır, ondan uzun illər sonra tikilən və yaşayış üçün yararlı olan binalar sökülür.
Ekspertlər deyir ki, paytaxtda istismar müddəti bitən binalar nazirlər kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə sökülür. Bu zaman köhnə binanı sökən və təzə binanı da tikən özəl tikinti şirkəti olduğu üçün seçimi də o edir.
Elnur Fərzəliyev – Ekspert: “Tikinti şirkətləri daha çox həcmi kiçik ərazisi böyük olan binalara üstünlük verirlər. Həmin binanı sökərək yerində daha geniş bina tikərək daha çox gəlir əldə edirlər. Amma bir-birinə yaxın olan köhnə yaşayış binaları var ki, onları bugünki normativlərə uyğun söküb yerində yeni bina tikmək özəl tikinti şirkətləri üçün səmərəli deyil. Hətta ordan zərərlə də çıxa bilərlər.”
Qeyd edək ki, bu günlərdə paytaxtın Nərimanov rayonunda yaşayış üçün yararsız vəziyyətdə olan 8 binanın sökülməsinə qərar verilib. Həmin köhnə tikililərin yerində yeni yaşayış binalarının inşası nəzərdə tutulub.
Mənbə: arbtv
Dünarə Kişiyeva