Ç. İyn 25th, 2025

PSJ klubunun futbolçusu Neymar Fransaya qayıdır

Fransanın PSJ klubunun futbolçusu Neymarın sözügedən ölkəyə qayıdacağı tarix məlum olub.

Məlumata əsasən, braziliyalı hücumçu bu gün Parisdə olacaq.

Onun 1 həftəlik karantindən sonra iyunun 22-də komanda ilə birlikdə məşqlərdə iştirak edəcəyi bildirilib.
Qeyd edək ki, 28 yaşlı forvard koronavirus pandemiyası ilə bağlı yaranmış fasilədə ölkəsinə yollanmışdı. Fransa Liqa 1-də cari mövsüm ləğv olunub, PSJ isə çempion elan edilib.

Mənbə: Report

Dünarə Kişiyeva

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com