Ca. İyn 26th, 2025

Xəstəxanada müalicə alan Əməkdar artistin vəziyyəti ağırlaşıb

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağırlaşıb.

Bu barədə Əməkdar artistin həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib. O bildirib ki, Bəhram Bağırzadənin vəziyyəti yetərincə ciddidir:

“Bir həftədir ki, onun səhhətində problemlər yaranmışdı və getdikcə artmağa başladı.
Hazırda o, xəstəxanada müalicə alır. Həkimlər onun sağalması üçün əllərindən gələni edir. Dövlət də hər şeyi təşkil edib. Dua edək ki, hər şey yaxşı olsun”.

Mənbə: Qafqazinfo

Dünarə Kişiyeva

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com