Tanınmış jurnalist vəfat etdi

Tanımış jurnalist, Əməkdar İncəsənət xadimi, “Tərəqqi” medalı laureatı Fərman Bağırov vəfat edib.
Bu barədə oğlu Camal Bağırov məlumat verib.Onun sözlərinə görə, atası iyunun 14-də xəstəxanada vəfat edib. 84 yaşlı F.Bağırov bir sıra xəstəliklərdən əziyyət çəkirdi.
F.Bağırov uzun illər “Kommunist”, “Azərbaycan” qəzetlərində fəaliyyət göstərib.
Mənbə: Apa Az