Bu bölgələrdə küçəyə çıxmaq qadağası başa çatdı

14 iyun saat 00.00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi başa çatıb.
Bu müddətdə qeyd olunan şəhər və rayonların ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılmışdı.
Bundan başqa, əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilmişdi.
Bununla yanaşı, bəzi zəruri sahələr üzrə fəaliyyətə icazə verilmişdi.