Bakıda keçiriləcək dünya çempionatının tarixi açıqlandı

Bakıda keçiriləcək aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.
Koronavirus pandemiyası səbəbidən 2021-ci ilə təxirə salınmış yarışların tarixini Beynəlxalq Gimnastika Federasiyası (FIG) müəyyənləşdirib.
Video-konfrans formatında keçirilmiş iclasda qəbul edilən qərarda, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının növbəti ilin 21-23 may, 16-cı dünya çempionatının isə 27-29 may tarixlərində keçirilməsi planlaşdırılır.
Mənbə: APA