Çempionlar Liqasında növbəti iki mövsümün final matçlarının məkanı bəlli olub

Cari mövsümün 1/4 final mərhələsindən etibarən bütün oyunları Portuqaliyanın paytaxtı Lissabona verən UEFA, əvəzində növbəti mövsümün finalını İstanbula həvalə edib. Mənbənin bildirdiyinə görə, UEFA iyunun 17-də keçiriləcək videokonfransında bu qərarını açıqlayacaq.
Qeyd edək ki, Çempionlar Liqası koronavirus pandemiyası səbəbindən 1/8 final mərhələsindən dayandırılıb. Turnirin avqustda bərpası planlaşdırılır.
Mənbə: Apasport Az