Ç. İyn 25th, 2025

“Bavariya” klubu yenidən Almaniya çempionu olub

Münhen təmsilçisi buna Bremendə “Verder”ə 0:1 hesablı qələbəsi sayəsində nail olub. Qalib klubun yeganə qolunu isə Robert Levandovski (dəq. 43) vurub.

“Bavariya” 32 matçda 76 xal toplayıb. İkinci pillədə 66 xalı olan Dortmundun “Borussiya” klubu turnir cədvəlində Münhen klubuna çatmaq şansını itirib. Nəticədə “Bavariya” vaxtından əvvəl tarixində ardıcıl 8-ci, ümumilikdə isə 30-ci dəfə çempion adını qazanıb.

Mənbə: Report.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com