Azərbaycanda yeni dezinfeksiya tunellərinin istehsalına başlanılıb

Aparatın üzərində yerləşən həssas qəbuledicilər sayəsində tuneldən keçən olanda hərəkət sensoru vasitəsilə sistem avtomatik işə düşür, nəticədə dezinfeksiyaedici məhlul püskürdücü nozullara ötürülür. Bununla da yüksək təzyiq nəticəsində maye buxar halına keçməklə insanların üzərini islatmadan onları dezinfeksiya edir. Dezinfeksiyaedici tunel insan sağlamlığı üçün heç bir ziyanı olmayan, müxtəlif bakteriyaların məhv edən, tərkibində heç bir kimyəvi qatqısı olmayan mayedən istifadə edilməklə dezinfeksiya prosesinin aparılmasını nəzərdə tutur.
Mənbə: apa.az